DataLife Engine / Günorta çağı İstanbul bir an içində qaranlığa qərq oldu - İnsanlar təşvişə düşdü (VİDEO)

Günorta çağı İstanbul bir an içində qaranlığa qərq oldu - İnsanlar təşvişə düşdü (VİDEO)

Nəhəng qara bulud günün günorta çağında İstanbulu bürüyərək şəhəri bir anın içındə qaranlığa qərq edib.

5 dəqiqəlik anomal hadisə insanların ciddi təşvişinə səbəb olub. İstanbulu bürüyən qara bulud güclü yağışla müşayiət olunub.

“Pik saatlarda başlayan güclü yağış nəqliyyatın vəziyyətinə böyük təsir göstərib. Yağış və tıxacla mübarizə aparan İstanbul sakinləri nadir təbiət hadisəsinin də şahidi olublar. Bulud beş dəqiqə günəşi örtdü” - TRT-nin yaydığı məlumatda deyilir.

5 dəqiqədən sonra yenidən səma aydınlaşıb.

Anormal hadisə müşahidə kamerası tərəfindən lentə alınıb.

Videoda yeddi kilometrlik qara buludun səmanı necə sürətlə bürüdüyü göstərilir.

20-04-2023, 12:29
Вернуться назад