Rusiyada qəza enişi edən hərbi təyyarədə yanğın başladı

Rusiyada qəza enişi edən hərbi təyyarədə yanğın başladı

Rusiyanın Yekatrinburq şəhərindəki hava limanın "An-12" hərbi-nəqliyyat təyyarəsi qəza enişi edib. Sonxeber.az-ın məlumatına əsasən, bu barədə regionun fövqəladə hallar xidmətindən məlumat verilib. Qurumun nümayəndəsi bildirib ki, eniş zamanı təyyarədə yanğın başlayıb. Amma yanğının qarşısını almaq mümkün olub.
Qeyd edilir ki, qəzaya səbəb şassi olub. Hava limanının fəaliyyəti dayandırılıb. Baş verən hadisənin təfərrüatını öyrənmək üçün əraziyə xüsusi komissiya təşkil edilib.

10-10-2019, 12:39



Fikirlər