Putin intihar edəcək?

Putin intihar edəcək?
Putin intihar edəcək?
Rusiya NATO-ya üzv ölkələrdən birinə hücum edərək savaşa başlamayacaq

Rusiya Baltikyanı ölkələrə hücum etməyəcək. Bu barədə Çexiya prezidenti Miloş Zeman açıqlama verib.
Onun sözlərinə görə, Putin Baltikyanı ölkələrə hücum edərsə, NATO-nun sərt reaksiyası ilə üzləşəcək. "Mən hesab etmirəm ki, Rusiya NATO-ya üzv ölkələrdən birinə hücum edərək müharibəyə başlasın. Çünki Vladimir Putin böyük ehtimalla intihar etməyəcək. O yaxşı bilir ki, NATO-ya üzv ölkələrə hücum hansı nəticə verəcək", - deyə Miloş Zeman bildirib.
Onun sözlərinə görə, Rusiya aqressiv siyasət yürütməklə yanaşı siyasi və iqtisadi sanksiyaları da nəzərə almalıdır.

Putinə savaş mesajı

Türkiyədə təşkil olunacaq NATO üzvü olan ölkələrin Xarici İşlər Nazirlərinin Sammitində Ukraynanın cənub-şərqində baş verən münaqişədə Rusiyanın iştirakı əsas müzakirə mövzusu olacaq. Bunu ABŞ-ın dövlət katibi Con Kerri bildirib.
O, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ilə görüşdə deyib ki, NATO-nun bu sammitində Rusiyanın Ukraynaya qarşı təcavüzü məsələsi prioritet təşkil edəcək, həmçinin bu təhdidə və təhlükəyə qarşı cavab üsullarına baxılacaq. Rusiyaya hərb yolu ilə cavab verilə bilər. Əminəm ki, ekstremistlər NATO-un cənub üzrə genişlənməsinə mane ola bilməyəcəklər.
Xatırladaq ki, NATO üzv ölkələrinin XİN başçılarının sammiti bu il mayın 13-14-də Antalyada keçiriləcək.

Patriarxdan üçüncü dünya
müharibəsi anonsu

Bu arada Kiyevin patriarxı Filaret Brüsseldə Avropa Parlamentinin xarici işlər və Ukrayna ilə əlaqələr üzrə komitələrin üzvləri ilə görüşündə ücüncü dünya müharibəsinin anonsunu verib. publika.az "RBK-Ukrayna" informasiya agentliyinə istinadən xəbər verir ki, patriarx Avropa Birliyinin bunun qarşısını alacağına ümid etdiyini bildirib.
"Siz hesab etməyin ki, Ukraynanın şərqində baş verənlərin üçüncü dünya müharibəsinə çevrilə biləcəyini düşünmürük. Çevrilə bilər, əgər təcavüzkarı dayandırmasaq", - o deyib.
Patriarx xatırladıb ki, Rusiya Krımın zəbti ilə Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə zəmanət verən Budapeşt memorandumunu pozub: "Ancaq Rusiya bununla da kifayətlənmədi. Donbas hövzəsində döyüşçüləri silah və öz qoşunları ilə dəstəklədi. Putin bizim prezidentimiz Pyotr Poroşenkoya bildirib ki, o, bütün Ukraynanı fəth edə bilər. Və yalnız Ukraynanı deyil, həm də Estoniya, Latviya, Litva, Polşa və Rumıniyanı da".
Patriarx həmçinin qeyd edib ki, Ukrayna xalqı Rusiya xalqı ilə müharibə istəmir, amma bütovlükdə Avropada müharibələrin qarşısının alınması üçün şərait yaratmaq lazımdır.
Kənan Rzaquliyev

23-04-2015, 06:35



Fikirlər