Türkiyədə gəmi batdı: 71 tələbə, 8 heyət üzvü üçün 5 gəmi, bir helikopter səfərbər olub

Türkiyədə gəmi batdı: 71 tələbə, 8 heyət üzvü üçün 5 gəmi, bir helikopter səfərbər olub














Türkiyənin Hərbi-Dəniz Qüvvələri dənizdə batan gəmidəki insanları xilas edib.

Axar.az xəbər verir ki, Muğlanın Fəthiyə rayonunda dənizdə batan "Mermaid” adlı gəzinti gəmisindəki insanlar üzərək özlərini yaxınlıqdakı qayalara çatdıra biliblər. Göyərtədə 71 tələbə və 8 heyət üzvü olub.

Türkiyənin Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sahil mühafizəçiləri onların köməyinə çatıblar. Xilasetmə işlərinə 5 gəmi, bir təyyarə və bir helikopter cəlb olunub.

3-04-2018, 07:47



Fikirlər