Bəşər Əsəd ailəsini İrana göndərməkdən imtina edib

Bəşər Əsəd ailəsini İrana göndərməkdən imtina edib

Suriya prezidenti Bəşər Əsəd öz ailəsini İrana göndərməkdən imtina edib.
Bu barədə Livanın "Al-Mayadin" telekanalı xəbər verir.

Telekanalın məlumatına əsasən, belə bir təkliflə iranlı general Qasım Süleymani çıxış edib.

Generalın sözlərinə görə, Suriya prezidentinin ailəsi daha təhlükəsiz yerdə olduğu halda, o ölkəsini daha rahat idarə edə bilər.

Rəsmi Dəməşq məsələyə hələlik münasibət bildirməyib.

Xatırladaq ki, bundan öncə B. Əsəd dəfələrlə bildirib ki, ölkəsini tərk etmək niyyəytində deyil.

25-04-2016, 14:30



Fikirlər