Təfəkkürün rektoru növbəti skandalla üz-üzə

Təfəkkürün rektoru növbəti skandalla üz-üzə
Müşfiq Atakişiyev şok içində, “Tələbə düzəldən”lər pullarını geri istəyirlər

Təfəükkür Universitetinin rektoru Müşfiq Atakişiyevin adı daha bir qalmaqala qarışıb. JAM.AZ-a verilən məlumata görə, bu dəfə universitetə tələbə düzəldən müəllimlər rektordan pullarını geri tələb etməyə başlayıblar.

Məlumatlarda deyilir ki, bir neçə gün əvvəl Texniki Universitetin prorektoru Zəkiyyə xanım Atakişiyevdən “tələbə köçürməsi” üçün aldığı pullarını geri istəyib. Səbəb də Təfəkkürün rektorunun ona vəd etdiyi “köçürməni” həyata keçirə bilməməsidir.

Müşfiq Atakişiyevlə bir skandal da Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin və Təhsil sənədlərinin tanınması işi üzrə sektorunun müdiri Nəzakət Hacıyeva arasında yaşanır. JAM.AZ-a verilən məlumata görə, onun Xanım adlı rəfiqəsi də rektora verdiyi pulları geri tələb etməyə başlayıb.

Məlumata görə, ən problemli məsələlərdən biri də Müşfiq Atakişiyevin “tələbə işləri”ni həyata keçirən Aydın Mirzəmmədov arasında yaşananlardır. JAM.AZ-a daxil olan məlumatda deyilir ki, Kooperasiya Universitetinin tədris məsələləri üzrə şöbəsinin müdiri A.Mirzəmmədov Təfəkkür Universitetinin rektoruyla əlaqə saxlayaraq, verdiyi vədləri yerinə gətirmədiyinə və aldığı pulların müqabilində uşaqlarn tələbə edə bilməsəinə görə tənqid edib. Və ardında da pullarını geri istəyib. Həmçinin onu xəbərdar edərək bildirib ki, əgər Müşfiq Atakişiyev pulları geri qaytarmasa rektorun qaynı, hazırda Kooperasiya Universitetində işləyən Möhübbəti işdən çıxaracaq.

Qarşı tərəfi də dinləməyə hazırıq.

24-04-2015, 04:00



Fikirlər