Qazax-Borçalı xalçaçılıq məktəbi - ululardan qalan ənənə...

Qazax-Borçalı xalçaçılıq məktəbi - ululardan qalan ənənə...

Azərbaycanda uşaqların kütləvi müayinəsi maraqlı nəticələr ortaya qoyub

Aysel İsayeva: "Kəskin respirator xəstəlik daha çox uşaqlarda müşahidə olunur"

"Azyaşlı uşaqlar arasında qrip və boğaz ağrısı kimi xəstəliklər geniş yayılıb"

Xəbər verildiyi kimi, Azərbaycanda 79 minə yaxın uşaqda xəstəlik aşkarlanıb. Azərbaycanda bu ilin yanvar-mart ayları ərzində uşaqlar arasında həyata keçirilən icbari dispanserizasiya nəticəsində müayinə edilmiş 767229 uşağın 78797-də xəstəlik aşkarlanıb.
Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, xəstəliklər daha çox 6-13 yaş arasında olan uşaqlarda üzə çıxarılıb. Xəstəlik aşkarlanmış uşaqların 24573 nəfəri 0-5 yaşlı, 36981 nəfəri 6-13, 17243 nəfəri 14-17 yaşlı olub.
Bu il ümumilikdə 36935 uşaq dispanser qeydiyyatına götürülüb. Bu müddətdə 14403 uşaq sağalma ilə əlaqədar dispanser qeydiyyatından çıxarılıb, 5053 uşaq hospitalizasiya olunub.
79 min uşaqda hansı xəstəliyin aşkar olunduğunu öyrənmək məqsədilə pediatr Aysel İsayevaya müraciət etdik.
O bizimlə söhbətində qeyd etdi ki, azyaşlı uşaqlar arasında qrip və boğaz ağrısı kimi xəstəliklər geniş yayılıb: "Bu hal hər il təkrarlanır. Bu, immunitet zəifləməsi ilə, eyni zamanda, qripdən kənar digər infeksiyalarla bağlı ola bilər. Kəskin respirator xəstəlik daha çox uşaqlarda müşahidə olunur. Fəsil dəyişkənliyi həm immunitetdə dəyişikliyə səbəb olur, həm də soyuqdəymə ilə əlaqədar kəskin respirator virusu aktivləşir. Son günlər havaların nisbətən istiləşməsinə arxayın olmaq lazım deyil. Valideynlər uşaqları gündəlik vitaminlə təmin etməlidir. Yəni uşaqlara meyvələr və ya vitamin əlavələri verilməlidir. Uşaqlarla yanaşı, vitaminlərdən böyüklər də istifadə etməlidir".
Həmsöhbətimiz onu da əlavə etdi ki, infeksion xəstəliklərə qarşı peyvəndlər son illər bütün dünyada uşaq ölümünü kəskin azaldıb: "Hər bir ölkə ərazisində yayılan infeksiyalara qarşı xüsusi peyvənd təqvimi tərtib edir. Azərbaycanın milli peyvənd təqviminə uyğun olaraq uşağa ilk peyvənd doğulan kimi vurulmalıdır. Uşaqlar arasında tez yayılan xəstəliklərdən biri də qızılcadır. Qızılca kəskin yoluxucu xəstəlikdir, hava-damcı yolu ilə yayılır. Qızılcanın, epidemik parotitin və məxmərəyin əleyhinə peyvənd bu xəstəliklərin profilaktikasının ən uğurlu üsuludur. Uşaqları QMP əleyhinə vaksinlə peyvənd etmək lazımdır. Bu peyvəndin 1-ci dozası uşaqlara 12 aylığında, 2-ci dozası isə 6 yaşında vurulur. Difteriya hava-damcı yolu ilə yayılır. Xəstəliyin infeksiya mənbəyi xəstələr və yoluxucu bakteriyalardır. Boğaz ağrısı, boğazda qızartı, iştahasızlıq, hərarətin bir qədər yüksəlməsi, 2-3 gün udlaq və badamcıqların üzərində boz rəngli ərpin əmələ gəlməsi, boyun limfa vəzilərinin bir qədər böyüməsi, boyun nahiyəsinin şişməsi, burundan serroz-qanlı möhtəviyyatın ifraz olunması xəstəliyin əlamətləridir.
Uşaqlar arasında rast gəlinən xəstəliklərdən biri də göy öskürəkdir. Bu xəstəlik tənəffüs yolunun yoluxucu xəstəliyidir, hava-damcı yolu ilə yayılır. Belə xəstəliklərdə 4-8 həftə davam edən "hürücü" öskürək müşahidə edilir. Xəstəlik 1 yaşa qədər olan uşaqlar üçün təhlükəlidir. Uşaqda soyuqdəymə əlamətləri ilə müşahidə olunur, tədricən isə davamlı öskürək tutmaları ilə başlayır".

23-04-2015, 14:50



Fikirlər