Bakıda iş adamı evində çalışdırdığı ustanı bu hala saldı – “Polisə demə, özüm həll edəcəyəm” (VİDEO)

Bakıda iş adamı evində çalışdırdığı ustanı bu hala saldı – “Polisə demə, özüm həll edəcəyəm” (VİDEO)















“Space” Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində ötən gün də maraqlı anlar yaşanıb.

Verilişə müraciət edən 2 uşaq atası Samirin açıqlaması hər kəsin böyük marağına səbəb olub. Samirin iddiasına görə, evində çalışdığı iş adamı Yaqub Zeynalov ona baxmır.

Minval.info xəbər verir ki, Samir adı çəkilən iş adamının evində çalışarkən xəsarət alıb. Daha sonra həmin şəxs “Polisə demə, özüm həll edəcəyəm” deyərək Samiri xəstəxanaya aparıb. Bir müddət sonra isə onunla əlaqə kəsilib.

Samirin problemi bununla da yekunlaşmır. Bu dəfə də həkim Samiri əməliyyat edir və onun yeriyə biləcəyinə söz verir. Amma daha sonra ailənin təkidləri ilə həkim əməliyyat pulunu geri qaytarır. Ailə iddia edir ki, həkim səhv əməliyyat etdiyini başa düşür və ailənin susması üçün pulu geri qaytarır.

Hüquqşünas Tağı Hüseynov çıxış edərək ailəyə yardım edəcəyinə sözü verib.

Həmin anları təqdim edirik.

23-06-2018, 15:26



Fikirlər