Şabranda itkin düşmüş 18 yaşlı oğlanın meyiti tapılıb

Şabranda itkin düşmüş 18 yaşlı oğlanın meyiti tapılıb
















Şabran rayonunda meşə massivində meyit tapılıb.

Rayonun Xəlfələr kəndində aşkar edilən cəsədin 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğluna məxsus olduğu bildirilir.

Həmin şəxs fevral ayının 26-dan itkin düşən şəxs kimi qeydiyyatda olub. İlkin ehtimala görə, E.Əzimov yıxılaraq aldığı xəsarətlər dünyasını dəyişib.

4-03-2018, 10:22



Fikirlər