Nardaranlı avtomatını polisə təhvil verdi

Nardaranlı avtomatını polisə təhvil verdi

Nardaran qəsəbəsinin iki sakini silahlarını hüquq-mühafizə orqanlarına təhvil verib.

Daxili İşlər Nazirliyindən unikal.org-a verilən məlumata görə, Sabunçu rayonunun Nardaran qəsəbə sakinləri Nəsimi Aslanov "AKM” markalı silahı, patron darağını və 10 ədəd patronu, əvvəllər məhkum olunmuş Zakir Qasımov isə müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil veriblər.

25-04-2016, 14:27



Fikirlər