Bakı Kondisioner Zavodu “su qiymətinə” satılır

Bakı Kondisioner Zavodu “su qiymətinə” satılır

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) məişət kondisionerlərinin istehsalı və satışı ilə məşğul olan “Bakı Kondisioneri” (Bakı Kondisioner Zavodu) SC-nin səhmlərinin 90,3%-nin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edib

Bu barədə ƏMDK-dan məlumat verilib. SC-nin 869,616 min ədəd səhminin satışı üzrə müsabiqədə yerli və xarici sərmayədarlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramı beynəlxalq standartlara cavab verən sənaye və məişət kondisionerlərinin istehsalına yönəlməlidir. Bununla əlaqədar proqramda müasir texnologiyaların tətbiqi, istehsal edilən məhsulun keyfiyyətinin yüksəldilməsi və onun çeşidlərinin artırılması, iş yerlərinin bərpası və işçilərin sosial təminatına dair təkliflər, eləcə də bu məqsədlə ayrılan investisiyaların həcmi və müddəti nəzərdə tutulmalıdır.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 950 min manat köçürməlidir.
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayənin həcminin 5%-ni 30 gün ərzində SC-nin hesabına, səhmlərə görə müsabiqə təklifində nəzərdə tutulmuş vəsaiti isə 60 gün ərzində dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2015-ci il sentyabrın 28-nə qədər qəbul ediləcək. Təkliflər sentyabrın 30-də qiymətləndiriləcək.
Xəbər verildiyi kimi, müəssisə 2013-cü ilin aprel ayında investisiya müsabiqəsinə çıxarılıb, lakin müəssisənin səhmlərinə alıcı çıxmayıb.
“Bakı Kondisioneri” SC Bakı şəhərində yerləşir. Müəssisə 1975-ci ildə istismara verilib. SC-də 290 nəfər işçi çalışır. 2015-ci il avqustun 1-nə SC-nin öhdəlikləri 4 mln. 528,467 min manat təşkil edib, debitor borcları 251,391 min manat həcmindədir. 2015-ci il aprelin 1-nə müəssisənin nizamnamə kapitalı 1 mln. 926,06 min

24-08-2015, 23:04



Fikirlər