Günün qoroskopu: qayğıları anlayın

Günün qoroskopu: qayğıları anlayın
Qoç - ilk baxışdan göründüyünün tam tərsinə olaraq irəliləyiş və uğur çətin deyil. Başlayacağınız işlərin bəzilərini tanıdığınız insanlar görə bilmirlər. Özünüzə əmin, qətiyyətli olun ki, ətrafınızdakı insanlar da sizdən ibrət alsınlar.
Buğa - stabilliyə əlahiddə ehtiyac duyulduğu zamandır. Yüz ölçün, bir biçin. Gəlirləri artırmaq üçün alternativ yollar arayın. Yalnız öz maraqlarınızı təmin edəndən sonra yaxın ətrafınızdakı insanların istəklərinin reallaşdırılması ilə məşğul olmalısınız. Bununla belə, təşəxxüslü və xudpəsənd olmayın.
Əkizlər - müstəqil çalışmaq, səs-küydən və vurnuxmadan uzaq durmaq istəyəcəksiniz. Yaşanan hadisələrə marağınız azalmasın. Kommunikativ olun, əlaqələri aktivləşdirin. Təmaslarda fəallıq göstərin. Ünsiyyət çevrəsini genişləndirmədən tərəfdaş və şəriklərin, həmkarlar və dostların nə düşündüklərini öyrənin.
Xərçəng - sürprizlər vəd etməyən, psixoloji baxımdan komfortlu gündür. Çətin qərarın qəbulunda tələsməyin. Hadisələrin rəvan axarı, köklü dəyişikliklərin yoxluğu əhvalınıza müsbət təsir edəcək. Narahatlıq üçün heç bir səbəb yoxdur.
Şir - idealist olmayın. Konkret fəaliyyəti şüarlarla pərdələməyin. Sizi maraqlandıran proseslərin praktiki yönlərini araşdırın. Təminat, alış-veriş, maliyyələşdirmə ilə bağlı problemlər yaranarsa, onların səbəblərini araşdırmamış işə başlamayın.
Qız - tələsiklik və vurnuxma sevməyən zamandır. Yeni material axtarışları çətinləşəcək. Bitkin hesab etdiyiniz ideya mükəmməlikdən çox uzaqdır. Çatışmazlıqları aradan qaldırın. Real gəlir və praktiki mənfəət edən işlə məşğul olun.
Tərəzi - günün ilk yarısı genişmiqyaslı layihəyə və ya yeni işə başlamaq üçün əlverişli zaman deyil. Birgə fəaliyyətdə şəriklə tərəfdaşı tələsdirin. Apatiya, süstlük zamanı deyil. Layihənizin praktiki yönlərini yoxlayın. Cari işlərdə volüntarizmə yol verməyin
Əqrəb - maliyyə məsələlərində yaranan mübahisələri həll edin. Mövqelərinizdən geri çəkilməyin. İnadkar, amma səbrli və qətiyyətli olun. Sizin fəaliyyətinizə sədlər yaradan, problemlərinizi artıran insandan maksimal dərəcədə uzaq durun.
Oxatan - fəaliyyət sahənizdə planlı işlərə üstünlük verin. Seçim çətin olsa da, yanlış qərar verməyin. Məsuliyyətdən yayınmayın. Etibara, keyfiyyətə, stabilliyə, uzunmüddətli effektə, yüksək səviyyəli sonuclara can atın. Rutin prosesləri qaydaya salın.
Oğlaq - qüvvə və imkanlarınızı dəqiq hesablayın. Yeniləşən şəraitdə, dəyişən situasiyada maddi imkanlarınızı formalaşdıran nüanslara diqqət verin. Gəlir, maaş, yeni maliyyə mənbələri, gündəlik qayğılar və ödənişlər aktuallaşır.
Dolça - şəxsi münasibətlərin həlli üçün günün ilk yarısı əlverişli zaman deyil. Dialoq uzana bilər. Ailə üzvləri ilə etirafları ertələyin. Daşınmaz əmlak, miras,ailə büdcəsi, ev təsərrüfatı ilə bağlı məsələləri təkrarən müzakirə etmək olar.
Balıqlar - zəruri ehtiyac olmadan risk etiməyin, tələsik addımlar atmayın. Yaxın ətrafınızdakı insanların sizdən kəskin şəkildə narazı qalmalarına imkan verməyin. Sizi intriqalara cəlb etməyə, təxribatlara çəkməyə çalışırlar. Yaxşı tanımadığınız insanların boş vədlərinə uymayın. Bədxahlarla düşmənlərin sayını artırmayın. İşgüzar ünsiyyət baxımından çox çətin gündür. Şəxsi münasibətlərdəki çətinliklərin sayını artırmayın.

24-04-2015, 04:04



Fikirlər