Şəhid oğlunun cəsədinə həsrət qalan ana indi də ev həsrəti çəkir - GİLEY

Şəhid oğlunun cəsədinə həsrət qalan ana indi də ev həsrəti çəkir - GİLEY
















Zaqatala rayonunun Muğanlı kəndində yaşayan Rəsulovlar ailəsinin yaşadığı ev 2014-ci ildə baş verən təbii fəlakət (zəlzələ) nəticəsində qəzalı vəziyyətə düşüb. 71 yaşlı Əsbət Rəsulova Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirir ki, vəziyyətlə bağlı dəfələrlə aiddiyyatı orqanlara müraciət etsə də, şikayətinə baxan olmayıb.

Ə.Rəsulova neçə ildir gözləsə də, heç bir nəticə yoxdur: "Hara gedirdim, deyirdilər, "get gözlə, tikiləcək". 2014-ci ildən bu yana hələ də gözləyirəm. Hazırda özüm yataq xəstəsiyəm, yaşayışımız acınacaqlıdır. 8 nəfər ailə üzvü balaca 1 otaqda yaşayırıq. Bir neçə yerə müraciət etsək də, nəticəsiz qalıb. Vəziyyət o dərəcəyə çatdı ki, saxladığımız heyvanları satıb ev tikdirməyə başladıq. Amma yarımçıq qaldı".

Əsbət nənə deyir ki, həmin vaxt zəlzələdən zərər çəkmiş evlərin sahiblərinin hər biri evlə təmin olunub. Amma onların haqqı olan evi, başqasına veriblər: "Mənə dedilər ki, "sizin kresloda oturanlarınız sizin üçün tikilən evi başqa birisinə veriblər". Axı onların nə ixtiyarı var, mənim haqqıma girməyə? Mən şəhid anasıyam, heç olmasa, şəhidə hörmət etsinlər".

Şəhid oğlunun cəsədinə həsrət qalan ana indi də ev həsrəti çəkir - GİLEY

Qadının oğlu Aydın Rəsulovun sözlərinə görə, onların evi 2 dəfə təbii fəlakətə məruz qalıb. Birinci dəfə zəlzələ olanda dövlət fondundan bərpa-gücləndirmə üçün onlara 4000 manat ayrılıb. İkinci zəlzələdə isə ev tamamilə yararsız vəziyyətə düşüb.

"Dövlətin bərpa üçün verdiyi 4 min manata özümüzə ev tikməyə başladıq, amma bitirə bilmirik. Bizim istəyimiz bircə odur ki, dövlət maddi yardım göstərsin. Müraciət etdiyimiz yuxarı instansiyalardan bizə cavab gəlib ki, kompensasiya ödəniləcək. Artıq dördüncü ilə keçir və biz hələ də gözləyirik", – deyə Rəsulov bildirib.

Məsələ ilə əlaqədar Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) İnformasiya təminatı və təhlil sektorunun müdiri Nizami Abdullayevlə əlaqə saxladıq. O, Sputnik Azərbaycan-a bildirdi ki, şəhid ailəsinin məsələsinə yaxın vaxtlarda baxılacaq. Lakin daha sonra RİH-dən Əsbət xanıma bildirilib ki, bu məsələ onların səlahiyyətində deyil.

Qeyd edək ki, sözügedən ailənin oğlu Akif Rəsulov Milli qəhrəman Ramiz Qənbərovun "Könüllülər batalyonu"nda döyüşüb. 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidin cənazəsi düşmən tərəfdə qalıb. Oğlunun qəbrinə də həsrət qalan Əsbət nənənin bircə arzusu var — ölümündən əvvəl evinin tikildiyini görmək.

Onun arzusunu həyata keçirmək, şəhid ailəsinin səsinə səs vermək və haqqını bərpa etmək isə aidiyyatı dövlət qurumlarında çalışan məmurların insafına qalır.

Şəhid oğlunun cəsədinə həsrət qalan ana indi də ev həsrəti çəkir - GİLEYŞəhid oğlunun cəsədinə həsrət qalan ana indi də ev həsrəti çəkir - GİLEYŞəhid oğlunun cəsədinə həsrət qalan ana indi də ev həsrəti çəkir - GİLEYŞəhid oğlunun cəsədinə həsrət qalan ana indi də ev həsrəti çəkir - GİLEY

3-03-2018, 09:09



Fikirlər