Göbək yağlarını əritmək üçün bunları edin

Göbək yağlarını əritmək üçün bunları edin

İnsanların çoxu bədən çəkisindən razı olsa da, göbəyindən şikayət edir. Onlar sanki yediklərinin yalnız göbəklərində yığışdığını deyirlər. Bu cür insanlar artıq çəkini göbəkdən almağa daha meyllidirlər. Mütəxəssislər bu cür insanların qidalanmalarına diqqət etmələrini tapşırır.

Milli.Az lent.az-a istinadən göbək yağlarının düşməni olan qidalar haqqında məlumatı təqdim edir.

1. Paxlalılar göbək yağlarının əsas düşmənidir. Onların yağ miqdarı çox aşağıdır. Zülal, lif və kalium anbarı olduqları üçün gec acdırır və həzmi asanlaşdırır.

2. Orta hesabla bir insanın gündəlik kalori ehtiyacı 2000-dir. Bəzi günlər daha çox kalori almağımız mümkündür. Bunlardan xilas olmaq üçünsə bibəriyə və yaşıl çay ideal vasitədir. Gündə 2 stəkan bibəriyə çayı 100 kalori, yaşıl çay 150 kalori yandırır.

3. Yumurtanın ağı zülal baxımından zəngindir və qarnı tox tutaraq acmağı gecikdirir. Eyni zamanda da yaxşı bir sidik qovucudur.

4. Zeytun yağının içindəki omeqa yağ turşuları kalori yandırmağa kömək olur. Salatlara gündə bir yemək qaşığı zeytun yağı qataraq, çəkinizin azalmasını asanlaşdıra bilərsiniz.

5. Şirniyyat istəyi böhranı gəldikdə şokoladdan əvvəl müraciət edəcəyiniz qida üzüm olmalıdır. Çünki ən sağlam çarələrdən biri budur.

6. Göbək yağlarını əritməyin ən sadə yollarından biri də limon suyudur. Bir stəkan suya yarım limonun suyunu sıxmaq arıqlamağınıza kömək olacaq. Bundan başqa, məşql və idmanla qarın yağlarının yandırılmasını 30 faiz artıra bilərsiniz. Mədə problemi olanlar limon qəbuluna diqqət etməlidirlər.

7. Hər kəsin bildiyi kimi, qarpızın 90 faizi sudan ibarətdir. Qarnı tox tutduğu üçün yay aylarında yalnız qarpızla bir yemək payı keçirə bilərsiniz. Qarpız kalium baxımından zəngindir və həzmi asanlaşdıraraq arıqlamağa kömək olur.

8. Çox sevilməsə də, arıqlamaqda kərəviz müalicələri də məşhurdur. Bişirmək yerinə çiy halda salatlarda istifadə edilməsi daha faydalıdır.

9. Ən sevilən meyvələr arasındakı banan pəhrizləri də imtina edilməz vasitədir. Banan gün ərzində tox tutur. Bununla yanaşı, kalium və zülal baxımından zəngindir. 20 dənə banan gündəlik kalori miqdarına bərabərdir. Lakin nəzərinizə çatdıraq ki, yalnız banan pəhrizi qəbizlik yaradır. Ona görə də diqqətli olmaq lazımdır.

1-04-2016, 09:45



Fikirlər