Tanınmış rusiyalı müğənni vəfat edib

Tanınmış rusiyalı müğənni vəfat edib

Tanınmış rusiyalı müğənni Janna Friske 41 yaşında vəfat edib.

APA-nın məlumatına görə, bu barədə “TASS”a müğənninin atası Vladimir Friske bildirib.

“Janna vəfat etdi, bu həqiqətdir. Bu iyunun 15-də axşam saat 10-da baş verdi”. Vida mərasiminin harada və nə zaman keçiriləcəyi barədə məlumat verilmir.


Qeyd edək ki, müğənni 2013-cü ildən beyin xərcəngi ilə mübarizə aparırdı.

Bundan əvvəl Janna Friske əri Dmitri Şepelyov ilə onkoloji xəstələrə yardım fondu yaratmaq niyyətində olduqları barədə məlumat yayılmışdı.

Janna Friske 1996-cı ildən “Blestyaşiye” qrupunda çıxış etməyə başladıqdan sonra məşhurlaşıb. 2003-cü ildən o uğurlu solo karyerasına başlayıb.

Həmçinin bir neçə filmdə çəkilmiş müğənninin 2013-cü ildə Platon adında oğlu dünyaya gəlib.

24-06-2015, 10:18



Fikirlər